AMEA-nın 7 müəssisəsi bağlanıb.
APA xəbər verir ki, bu gün AMEA-nın Ümumi yığıncağında 7 müəssisəsinin bağlanılması barədə səsvermə keçirilib.
AMEA-nın Elm Tarixi İnstitutunun, AMEA-nın nəzdində “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, AMEA-nın Mərkəzi Nəbatat Bağının, AMEA-nın Təmir-tikinti və quraşdırma idarəsinin, AMEA-nın təsərrüfat hesablı Avtobazasının, AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun və AMEA-nın “Selen” Elmi İstehsalat Birliyinin ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması haqqında qərarlar qəbul olunub.