AMEA-nın Ümumi Yığıncağı keçirilib - FOTO

AMEA-nın Ümumi Yığıncağı keçirilib - FOTO
# 29 fevral 2024 11:00 (UTC +04:00)

Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.

Dövlət Himninin səsləndirilməsindən sonra iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Akademik “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” mövzusunda məruzəsini diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışını “Elm siyasətinin reallıqları və perspektivləri” mövzusunda məruzəyə həsr edib.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik-katib akademik Arif Həşimovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ilə dair hesabatı: mühüm elmi nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

O qeyd edib ki, 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanda “Heydər Əliyev İli” elan edilib, bu əlamətdar hadisə ilə əlaqədar olaraq respublika miqyasında çoxsaylı ictimai-siyasi və elmi-mədəni tədbirlər keçirilib.

Məruzədə vurğulanıb ki, ötən ilin digər bir əlamətdar tarixi hadisəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında Qarabağda həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi olub.

Bir sıra statistik rəqəmləri diqqətə çatdıran məruzəçi he­­sa­­bat ilin­­də AMEA-nın el­mi bölmə­lə­ri üz­rə 173 prob­­lemin 515 möv­­zusu üz­­rə 1614 elmi təd­­qi­­qat işinin apa­­rıl­­dığını, 180 mü­­hüm el­­mi nə­­ti­­cənin alındığını, 42 işin tət­­­­­­biq olunduğunu söyləyib­­. Təsərrüfat müqavilə­lə­ri­nə əsa­­sən 182 iş ye­ri­nə ye­ti­rilib, 11-i xa­­­­ri­­­­ci ol­­­­maq­­­­la 72 pa­­­­tent alınıb­­­, 17-si xa­­­­ri­­­­ci alim­­­­lər­­­­lə bir­­­­gə ol­­­maq­­­la 88 qrant la­­­­yi­­­­hə­­­­si üz­­­­rə nə­­­­zər­­­­də tu­­­­tul­­­­muş iş­­­­lə­­r ye­­­­ri­­­­nə yetirilib.

2023-cü il­­­­də Aka­­­­­­de­­­­­­mi­­­­­­ya­­­­­­nın alim­­­­­­lə­­­­­­ri tə­­­­­­rə­­­­­­fin­­­­­­dən 500-ə yaxın ki­­­­tab və mo­noq­ra­fi­ya, 3000-ə ya­xını xa­­­­ric­­­­də ol­­­maq­­­la (bun­­­lar­­­dan 1000-ə ya­­­xı­­­nı “Web of Sci­­­­en­­­­ce” və “Sco­­­­pus” ba­­­­za­­­­la­­­­rı­­­­na da­­­­xil olan impakt fak­­­­tor­­­­lu jur­­­­nal­­­­lar­­­­da) 9500-ə ya­xın mə­­­­qa­­­­lə və te­­­­zis nəşr et­­­di­­­ril­­­­ib. El­­­­mi işçilərin əsər­­­­lə­­­­ri­­­­nə 31000-ə ya­xın is­­­­ti­­­­nad olun­­­­ub.

AMEA-nın beynəlxalq əlaqələrinə də toxunan məruzəçi 2023-cü il­­­də bu is­­­­ti­­­­qa­­­­mə­­­­tdə də mü­­­­hüm iş­­­­lərin gö­­­­rül­­­­düyünü, bir sı­­­­­ra xa­­­­­­ri­­­­­ci öl­­­­­kə­­­­­nin el­­­­­­mi mü­­­­əs­­­­si­­­­sə­­­­­lə­­­­­ri ilə əmək­­­­­­daş­­­­­­lıq pers­­­­pek­­­­tiv­­­­lə­­­­rinin mü­­­­za­­­­ki­­­­rə edil­­­­diyini, əc­­­­­nə­­­­­bi alim­­­­­­lə­r, ic­­­­­ti­­­­­mai-si­­­­­ya­­­­­si və mə­­­­­də­­­­­niy­­­­­yət xa­­­­­dim­­­­­lə­­­­­ri, bey­­­­­nəl­­­­­xalq elmi təşkilatların nü­­­­ma­­­­­yən­­­­­də­­­­­lə­­­­­rinin Akademiyanı ziyarət etdiklərini, Tür­ki­yə, Öz­bə­kis­tan, Qazaxıstan, Pa­kis­tan, Çin, İta­li­ya, Ru­si­ya, Gür­cüs­tan, Bol­qa­rıs­ta­nın el­mi qurum­la­rı ilə əmək­daş­lı­ğa xüsusi diq­qət ay­rıl­dığını bildirib.

Sonra Ümumi yığıncaqda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun “Heydər Əliyev İli”: süni intellekt vasitəsilə elmi konfrans”, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovun “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzələri dinlənilib.

Ümumi yığıncaqda, həmçinin Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandalın, AR Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyətinə dair” məruzəsi ətrafında çıxışları dinlənilib.

Çıxışlardan sonra AMEA-nın Ümumi yığıncağının qərar layihəsi səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR