"Astara" buraxılış məntəqəsindən xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO

"Astara" buraxılış məntəqəsindən xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
# 23 iyun 2025 12:42 (UTC +04:00)

Azərbaycan dövlətinə müraciət edən xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu gün də “Astara” dövlət sərhədinin buraxılış məntəqəsindən xarici vətəndaşların İrandan təxliyəsi baş tutub.

İndiyədək 3000-ə yaxın şəxs İrandan Azərbaycana təxliyə olunub.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR