AZAL Bakıdan Tel-Əvivə, Tehrana, İslamabada, Nyu-Dehliyə və Ər-Riyada aviareysləri ləğv edib

AZAL Bakıdan Tel-Əvivə, Tehrana, İslamabada, Nyu-Dehliyə və Ər-Riyada aviareysləri ləğv edib
# 14 iyun 2025 15:25 (UTC +04:00)

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin (AZAL) 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan bəzi reysləri ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ləğv olunan reyslər aşağıdakılardır:

14 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 331/332)
• Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)
• Bakı – İslamabad – Bakı (J2 143/144)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
• Bakı – Tehran – Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı-Təbriz-Bakı marşrutu üzrə reyslər isə iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR