Azərbaycanda bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
# 10 dekabr 2023 11:46 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı: Biləsuvarda 6 mm, Neftçalada 5 mm, Astara, Lənkəranda 4 mm, Sədərək, Biçənəkdə 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda 3 sm-ə çatıb.

Külək: Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Duman: Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda müşahidə olunub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxta olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR