Azərbaycanda mediatorların sayı açıqlanıb

Azərbaycanda mediatorların sayı açıqlanıb
# 21 may 2025 11:01 (UTC +04:00)

Azərbaycanda mediatorların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Mediasiya Şurasının məlumatına əsasən, Mediasiya Şurasına üzv olan mediatorların ümumi sayı ölkə üzrə 381 nəfərdir. Onlardan 109-u qadın, 272-si isə kişidir. Bakıda 210 nəfər, Naxçıvanda 7 nəfər, regionlarda isə 164 nəfər mediator fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR