Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək

 Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək
# 30 may 2019 13:42 (UTC +04:00)

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək.

ONA-nın məlumatına görə, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yeni 7-1-ci maddə (Tibb müəssisələrinin akkreditasiyası) əlavə edilib.

Yeni maddəyə əsasən, tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksəkkeyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün hüququnun təmin edilməsi məqsədilə aparılıb.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiqləyir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Tibb müəssisələrinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə verilir.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR