Bakıda binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub

Bakıda binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
# 07 dekabr 2023 14:33 (UTC +04:00)

Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edib.

Qərara əsasən, binalar dedikdə birbaşa aid olduğu ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərildiyi obyektlərin yerləşdiyi yaşayış və qeyriyaşayış binaları, habelə onunla sıx bağlı və ya ona bitişik olan tikililər (çətirlər, tentlər, məhəccərlər və hasarlar) nəzərdə tutulur.

Elektron ekran (elektron tablo) işıq-diodlar, lampalar, divar panosu (brandmauer) binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları və fərdi layihələr əsasında hazırlanmış reklam istisna olmaqla, Bakı şəhərinin ərazisində olan binalarda yalnız bu Texniki Tələblərdə nəzərdə tutulmuş reklam qurğularının yerləşdirilməsinə yol verilir. Reklam qurğularının yerləşmə yerlərində qaz, istilik, su (kanalizasiya) və elektrik təchizatı sistemlərinin elementlərinin olduğu halda qurğuların yerləşdirilməsi həmin sistemlərin təhlükəsizliyinin təmin edilməsi şərtilə həyata keçirilir.

Reklam qurğularının yerləşdirilməsi zamanı aşağıdakılara yol verilmir:

- reklam qurğularının bu Texniki Tələblərdə müəyyən edilmiş parametrlərinin (ölçülərinin), eləcə də yerləşdirilmə yerləri ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına;

- fasad reklamları hərflər, rəqəmlər, bədii-dekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.) şəklində olmaqla ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin birinci və ikinci mərtəbələrinin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda, giriş hissələrinin və ya pəncərələrinin (vitrinlərinin) yuxarısında, həmçinin obyektlərin pəncərələri arasındakı aralıq divarlarda yerləşdirilir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca (eyni səviyyədə) bir hündürlük səviyyəsində olmalıdır. frizdə yerləşdirilən fasad reklamında altlıqdan istifadə edildiyi halda, həmin altlıq frizin ölçülərinə uyğun yerləşdirilir. Reklam qurğusunun frizdə yerləşdirilməsi üçün istifadə edilən altlığın hündürlüyü frizin hündürlüyünə bərabər olmalıdır. Frizdəki fasad reklamları vahid üfüqi ox üzrə yerləşdirilməlidir. Bir frizdə bir neçə fasad reklamı yerləşdirildikdə onlar üçün vahid altlıq təşkil edilməlidir. kronşteyn panel qurğusu birinci və ikinci mərtəbələrin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda yerləşdirilməli, eləcə də yer səviyyəsindən kronşteyn panel qurğusunun aşağı kənarınadək məsafə ən azı 2,20 metr olmalıdır. Kronşteyn panel qurğuları arasındakı məsafə 3 metrdən az ola bilməz. Binada eyni obyektə aid yalnız 1 kronşteyn panel qurğusu yerləşdirilə bilər. Binanın üzərində eyni zamanda bir neçə kronşteyn panel qurğusu quraşdırıldıqda, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində (reklam qurğusunun aşağı kənarlarına münasibətdə) olmalıdır. Binaların vitrinlərinin, qapı və pəncərələrinin üzərinə quraşdırılan tentlərə, o cümlədən stasionar ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinə bitişik sahələrdə istifadə edilən çətirlərə reklamların yerləşdirilməsinə yol verilir. Bu zaman reklamın hündürlüyü 0,30 metrdən çox olmamalıdır. Tent və çətirlərdə reklamlar vahid üfüqi ox üzərində yerləşməlidir. Ancaq bu hallarda həmin reklam qurğularının şaquli yerləşdirilməsinə yol verilmir;

- binanın günlüyündə frizin olduğu halda fasad reklamı frizin qabaritləri daxilində yerləşdirilməsi istisna olmaqla, reklam qurğularının binaların günlüklərində yerləşdirilməsinə;

- reklam qurğusunun binanın fasadının tinlərində yerləşdirilməsinə;

- reklam qurğusunun binanın fasadının memarlıq detallarında (o cümlədən, sütunlarda, ornamentlərdə, bəzəklərdə və s.) yerləşdirilməsinə;

- reklam qurğusunun memorial lövhələrə, həmçinin memarlıq abidələrinin (binalarının) məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilməsinə;

- ünvan məlumatlarının yerləşdiyi lövhələrin üzərinin örtülməsinə;

- fasaddakı bir reklam qurğusunun digərinin üzərində yerləşdirilməsinə;

- bir kronşteyn panel qurğusunun digərinin üzərində yerləşdirilməsinə;

- reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə;

- reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsinə;

- elektron daşıyıcının vitrin şüşəsinin bütün hündürlüyü və (və ya) uzunluğu boyunca quraşdırılmasına;

- reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə;

- reklam qurğusunun məhəccərlər və hasarlar istisna olmaqla, digər çəpərləyici qurğularda (şlaqbaumlar, çəpərlər və s.) yerləşdirilməsinə;

- memarlıq abidələrində (binalarında) eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsinə;

- memarlıq abidələrində (binalarında) yerləşdirilən fasad reklamlarında daxili işıqlandırmadan istifadə olunmasına;

- memarlıq abidələrinin (binalarının) üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsinə.

- Fasad reklamları bu Texniki Tələblərin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Fasad reklamları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

- fasad reklamları hərflər, rəqəmlər, bədii-dekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.) şəklində olmaqla ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin birinci və

ikinci mərtəbələrinin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda, giriş hissələrinin və ya pəncərələrinin (vitrinlərinin) yuxarısında, həmçinin obyektlərin pəncərələri arasındakı aralıq

divarlarda yerləşdirilir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca (eyni səviyyədə) bir hündürlük səviyyəsində olmalıdır

- fasad reklamları binanın çöl tərəfinin ölçülərinə uyğun olan sahəsi çərçivəsində fasadın memarlıq elementlərindən azad hamar hissələrində yerləşdirilir. Fasad reklamları bərkidici və (və ya) altlıq elementlərindən istifadə edilməklə yerləşdirilə bilər. Fasad reklamları, habelə onun bərkidici və altlıq elementləri ərazinin və binanın bədii-memarlıq üslubuna uyğun olmalıdır. Fasad reklamları tək qurğudan (vahid qurğu) və ya qarşılıqlı əlaqəli elementlərin əks olunduğu qurğulardan ibarətdir;

- fasad reklamları binaların zirzəmi və ya kürsülük mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında yerləşdirilə bilər. Bu zaman reklam qurğusu bərkidildiyi yerdən 0,10 metrdən çox çıxıntı əmələ gətirməməlidir ;

- fasad reklamlarının ölçüləri: 1. hündürlüyünə görə - qurğunun frizdə yerləşdirilməsi istisna olmaqla 0,50 metrdən;

- uzunluğuna görə - tək qurğu üçün 10 metrdən, lakin obyektin uzunluğunun 70 faizindən;

- fasad reklamları qarşılıqlı əlaqəli elementlərdən istifadə edilməklə hazırlandıqda onun maksimal ölçüsü uzunluğuna görə 15 metrdən, lakin obyektin uzunluğunun 70 faizindən çox olmamalıdır;

- bu Texniki Tələblərin 3-1.5.3-cü yarımbəndi (fasad reklamları binaların zirzəmi və ya kürsülük mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında yerləşdirilə bilər. Bu zaman reklam qurğusu bərkidildiyi yerdən 0,10 metrdən çox çıxıntı əmələ gətirməməlidir) istisna olmaqla, fasad reklamları bərkidildiyi yerdən 0,20 metrdən (memarlıq abidələrinə (binalarına) münasibətdə isə 0,10 metrdən) artıq çıxıntı əmələ gətirməməlidir;

- frizdə yerləşdirilən fasad reklamında altlıqdan istifadə edildiyi halda, həmin altlıq frizin ölçülərinə uyğun yerləşdirilir. Reklam qurğusunun frizdə yerləşdirilməsi üçün istifadə edilən altlığın hündürlüyü frizin hündürlüyünə bərabər olmalıdır. Frizdəki fasad reklamları vahid üfüqi ox üzrə yerləşdirilməlidir. Bir frizdə bir neçə fasad reklamı yerləşdirildikdə onlar üçün vahid altlıq təşkil edilməlidir;

- binanın günlüyündə frizin olduğu halda fasad reklamı frizin qabaritləri daxilində yerləşdirilə bilər;

- fasad reklamları memarlıq abidələrinin (binalarının) üzərində həmin abidələrin (binaların) fasadlarının səthinə uyğun bərkidici elementlərdən istifadə edilməklə yerləşdirilməlidir;

- fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna, ornament və ya naxışlarına, o cümlədən fasadlarının dekorasiyasına xələl gətirmədən, rənglərin və rəng

birləşmələrinin məhdud istifadəsi, fasadın rəngi ilə harmoniyası nəzərə alınmaqla yerləşdirilməlidir;

- yerləşdirilmiş fasad reklamlarına əlavə olaraq binanın girişində (sağda və ya solda olmaqla), qapı oyuğundan yüksəkdə olmamaq şərtilə fasadın memarlıq elementlərindən azad hamar hissələrində bir ədəd reklam qurğusu yerləşdirilə bilər. Bu zaman reklam qurğusu hündürlüyünə görə 0,80 metrdən, uzunluğuna görə isə 0,60 metrdən çox olmamalıdır .

Vitrin üzərində reklam qurğuları bu Texniki Tələblərlə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Vitrin üzərində reklam qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

- vitrin üzərində reklam qurğusu vitrin şüşəsinin xarici və (və ya) daxili tərəfində yerləşdirilir;

- üzərində reklam qurğusu hərflər, rəqəmlər, bədiidekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.), təsvirlər şəklində və ya elektron daşıyıcılar vasitəsilə yerləşdirilir;

- vitrin şüşəsində reklam səthinin sahəsi vitrinin ümumi sahəsinin 50 faizindən çox olmamalıdır. Vitrin üzərində reklam qurğusu bərkidici və (və ya) altlıq elementlərindən istifadə etməklə yerləşdirilə bilər;

- vitrin şüşəsində yerləşdirilən reklam qurğusu çərçivələrin, impostlar olduqda onların sərhədləri daxilində yerləşməlidir. Vitrin şüşəsinin xarici tərəfinə yerləşdirilən reklam qurğusu binanın fasadının müstəvisindən kənara çıxmamalı, reklam qurğusunun uzunluğu vitrin şüşəsinin uzunluğundan çox olmamalıdır. Vitrin çoxtərəfli formaya malik olduğu halda reklam qurğusu onun hər üzünə paralel şəkildə, konstruktiv elementlərinə (impostlarına) bərkidilmə mümkünlüyü təmin edilməklə yerləşdirilə bilər;

- reklam qurğularının binaların pəncərələrində (pəncərə altlıqlarında) və qapılarının şüşələrində yerləşdirilməsi onların vitrinlərdə yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş tələblərə müvafiq olaraq həyata keçirilir.

Kronşteyn panel qurğuları bu Texniki Tələblərlə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Kronşteyn panel qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

- kronşteyn panel qurğusu birinci və ikinci mərtəbələrin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda yerləşdirilməli, eləcə də yer səviyyəsindən kronşteyn panel qurğusunun aşağı kənarınadək məsafə ən azı 2,20 metr olmalıdır. Kronşteyn panel qurğuları arasındakı məsafə 3 metrdən az ola bilməz. Binada eyni obyektə aid yalnız 1 kronşteyn panel qurğusu yerləşdirilə bilər. Binanın üzərində eyni zamanda bir neçə kronşteyn panel qurğusu quraşdırıldıqda, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində (reklam qurğusunun aşağı kənarlarına münasibətdə) olmalıdır;

- kronşteyn panel qurğusunun bərkidici elementləri binanın fasadının müstəvisindən 0,20 metrdən çox məsafədə, onun üz tərəfinin kənar nöqtəsi isə fasadın müstəvisindən 1 metrdən çox məsafədə yerləşməməlidir. Kronşteyn panel qurğusunun hündürlüyü 1 metrdən, eni isə 0,20 metrdən çox olmamalıdır;

- tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda yerləşdirilən kronşteyn panel qurğusu hündürlüyünə və uzunluğuna görə 0,50 metrdən çox olmamalıdır;

- kronşteyn panel qurğusu tarix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda binanın bədii memarlıq üslubuna uyğun dizayn edildikdə yerləşdirilə bilər.

Asma panel qurğuları bu Texniki Tələblərlə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Asma panel qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

- asma panel reklam qurğusu piyadaların qalereya məkanında, yerləşdirmə yerinin estetik görkəminə və ölçülərinə uyğun olaraq yerləşdirilir;

- yer səviyyəsindən asma panel qurğusunun aşağı kənarınadək məsafə 2,5 metrdən az olmamalıdır;

- asma panel reklam qurğusunun hündürlüyü 0,75 metrdən çox olmamalıdır.

Binalarda digər reklam qurğuları bu Texniki Tələblərlə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Binalarda digər reklam qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

- binaların vitrinlərinin, qapı və pəncərələrinin üzərinə quraşdırılan tentlərə, o cümlədən stasionar ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinə bitişik sahələrdə istifadə edilən çətirlərə reklamların yerləşdirilməsinə yol verilir. Bu zaman reklamın hündürlüyü 0,30 metrdən çox olmamalıdır. Tent və çətirlərdə reklamlar vahid üfüqi ox üzərində yerləşməlidir;

- zirzəmi mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarısında reklam yerləşdirmək mümkün olmadıqda və ya yerləşdirilmiş reklamlar qarşıdan baxılarkən görünmədikdə

məhəccərdə reklam yerləşdirmək mümkündür. Məhəccər metal konstruksiya şəklində və ya memarlıq elementlərindən ibarət olduqda onun tutacaq hissəsi istisna olmaqla, səthində reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Məhəccərin tutacaq hissəsində quraşdırılan reklam qurğusunun reklam yerləşdirilən səthi 0,50 x 0,50 metrədək, yer səviyyəsindən yuxarı kənarınadək məsafə maksimum 1,50 metrədək təşkil edir, digər hallarda isə reklam məhəccərin ümumi ölçüsünün 50 faizindən çox olmayaraq tam mərkəzdə yerləşdirilir

Bakı şəhərinin ərazisində olan binalarda elektron ekranın, divar panosunun (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən, habelə fərdi layihələr əsasında hazırlanmış reklam qurğularının yerləşdirilməsi xüsusiyyətləri bu Texniki Tələblərin müvafiq olaraq 3.11-ci, 3.14-cü, 3.15-ci və 3.17-ci bəndləri ilə tənzimlənir. Həmin bəndlər aşağıdakılardır:

- Elektron ekran (elektron tablo) işıq-diodlar, lampalar, digər işıq mənbələri və işıqəksetdirən elementlər hesabına ekran səthində təsvirin göstərilməsi üçün nəzərdə tutulmuş reklam qurğularıdır. Elektron ekran ayrı dayaq üzərində, yaxud bina və tikilinin divarı üzərində yerləşdirilə bilər. Elektron ekran qurğusunun ölçüləri, o cümlədən reklam səthinin sahəsi və dayaq dirəyinin hündürlüyü hər bir reklam qurğusu üçün fərdi qaydada müəyyənləşdirilir.

- Divar panosu (brandmauer) binaların pəncərələr olmayan divarına, yaxud səthinə yerləşdirilən, birtərəfli, xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Divar panosunun ölçüləri binanın memarlıq quruluşundan və pəncərələr olmayan divarının ölçüsündən asılı olaraq fərdi qaydada müəyyənləşdirilir. Divar panosunun reklam səthinin minimum ölçüsü 9 kv.m təşkil edir.

- Binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarət, yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Binaların damında yerləşdirilən reklam qurğularının hündürlüyü 1-3 mərtəbəli binalar üçün 1,80 metrdən, 4-7 mərtəbəli binalar üçün 3,00 metrdən, 8-12 mərtəbəli binalar üçün 4,00 metrdən, 13-17 mərtəbəli binalar üçün 5,00 metrdən, 18 və daha çox mərtəbəsi olan binalar üçün 6,00 metrdən çox olmamalıdır. Reklam qurğularının uzunluğu fasadın uzunluğu 35,00 metrədək olduqda, onun uzunluğunun 80 faizindən, 35,00 metrdən çox olduqda, onun uzunluğunun 50 faizindən çox olmamalıdır.

- Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları həcm-fəza quruluşuna malik olan, həm həcmi, həm də səthi reklamın yayımı üçün istifadə edilən qurğulardır (hava şarları, dirijabllar, aerostatlar və s.). Bu qurğuların ölçüləri razılaşdırılmış layihə əsasında fərdi qaydada müəyyənləşdirilir.

Bu müddəalar bu Qərar qüvvəyə mindiyi tarixdə müddəti bitməmiş açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə əsasında Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına şamil olunmur.

Nazirlər Kabinetindən APA-ya verilən şərhdə bildirilib ki, qərara əsasən (Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər) paytaxt ərazisindəki binaların qorunması, onların təhlükəsiz şəkildə istismarının təmin olunması, fasad reklamlarının estetik cəhətdən paytaxtın ümumi görünüşünə uyğunlaşdırılması, o cümlədən tarixi binaların və memarlıq abidələrinin xüsusiyyətləri, texniki parametrləri və memarlıq-estetik görünüşü ilə ahəngdarlıq təşkil etməyən reklamların yayımlanmasının qarşısının alınması, bu sahədə infrastrukturun düzgün planlanması və yenilənməsi məqsədi ilə hazırlanmışdır.

Bundan əlavə, Bakı şəhərində tarixi və əhalinin sıx məskunlaşdığı binaların, yerli, ölkə və dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin, eləcə də müasir tikililərin çoxluğu, sözügedən bina və tikililərdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərildiyi obyektlərin kifayət qədər olması paytaxt ərazisindəki binalarda yerləşdirilən reklam qurğuları ilə bağlı xüsusi formada tənzimləmənin tətbiqini zəruri edir.

Bakı şəhərində mövcud olan binaların fasadlarında, habelə vitrin üzərində quraşdırılan reklam qurğularına (reklamlara), kronşteyn və asma panel, eləcə də digər reklam qurğularına dair tələbləri və onların quraşdırılması ilə bağlı müddəaları müəyyən edir. Qərarda həmçinin, müvafiq normaların təcrübədə tətbiqini asanlaşdıracaq eskizlər (şəklillər) də əlavə olunmuşdur. Qərar hazırlanarkən, bir sıra ölkələrin təcrübəsi öyrənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR