Bakı və Füzuli məktəbləri birgə tədbir keçirib

Bakı və Füzuli məktəbləri birgə tədbir keçirib
# 21 fevral 2024 17:09 (UTC +04:00)

21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə əlaqədar Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli orta məktəbdə Füzuli rayonunun Mirzə Uluqbəy adına məktəbi ilə birgə onlayn tədbir keçirilib.

APA xəbər verir ki, tədbirin əvvəlində dövlət himni səsləndirilib və ümummilli lider Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri 161 nömrəli orta məktəbin direktoru Rəna Hüseynova və Füzuli rayonunun Mirzə Uluqbəy adına məktəbin direktoru Həcər Mahmudova açıq elan ediblər. Tədbirdə Füzuli rayonunun Mirzə Uluqbəy adına məktəbinin ibtidai sinif müəllimi Vəfa Orucova, 161 saylı məktəbin ibtidai sinif müəllimi Lətifə Sofiyeva, eyni zamanda Yasamal rayon icra başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiya əməkdaşı Emin Babayev iştirak ediblər.

Tədbirdə şagirdlərə Azərbaycan dilinin zənginliyi haqqında məlumat verilib, həmçinin ana dili haqqında mahnılar səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR