Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb - FOTO

Bakıda binanın damında qanunsuz inşa olunan hovuz sökülüb - FOTO
# 19 iyun 2025 11:45 (UTC +04:00)

Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən APA-ya verilən xəbərə görə, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

"Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb", - məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR