Baş nazirin müavini: “Pulsuz dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına görə hazırlanır”

Baş nazirin müavini: “Pulsuz dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına görə hazırlanır”
# 07 may 2019 13:35 (UTC +04:00)

“Pulsuz verilən dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər pulsuz dərman vasitələri ilə təmin oluna bilərlər. Dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına görə hazırlanır”.

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, əhalinin müxtəlif təbəqələri üçün hər il dövlət tərəfindən pulsuz şəkildə dərmanlar verilir: "Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bu siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Əgər kiminsə adı həmin siyahıda yoxdursa, bu, artıq ayrı məsələdir. Həmin şəxsin siyahıya salınması üçün xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır. Hansısa yerdə kiməsə dərman çatmaması barədə konkret fakt varsa, bunu ayrıca araşdırmaq lazımdır".

Ə.Əhmədov deyib ki, bütövlükdə Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır, bu vəsait də ünvanlı xərclənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR