Baş prokuror Cəlilabad rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Cəlilabad rayonunda vətəndaşları qəbul edib
# 05 mart 2024 15:30 (UTC +04:00)

Baş prokuror Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Martın 5-də Baş prokuror Kamran Əliyev Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Masallı, Yardımlı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 75 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR