GlobE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli bir platformadır.
APA xəbər verir ki, bunu Bakıda BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar iclasında Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov deyib.
Nazim Rəcəbov bildirib ki, GlobE Şəbəkəsi, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq baxımından vacibdir. Bu tədbirlər dövlətlər arasında təcrübə mübadiləsini və etimadın gücləndirilməsini təmin edir.
Tədbirin yüksək səviyyədə təşkilinə görə UNODC Katibliyinə və yerli təşkilat komitəsinə təşəkkür edən Nazim Rəcəbov, Azərbaycanın korrupsiyaya qarşı qlobal mübarizəyə töhfəsini davam etdirəcəyini bildirib.