Biləsuvar rayonuna yeni prokuror təyin edilib

Biləsuvar rayonuna yeni prokuror təyin edilib
# 25 fevral 2024 18:08 (UTC +04:00)

Ədliyyə müşaviri Ramin Nəğdəliyev Biləsuvar rayon prokuroru təyin olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb.

Ramin Nəğdəliyev daha öncə Binəqədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifəsini Camal Bağırov icra edirdi. Camal Bağırov Balakən rayonun prokuroru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR