Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlanıb

Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlanıb
# 21 fevral 2024 15:44 (UTC +04:00)

Birinci siniflərə qeydiyyat prosesi 2015-2016-cı tədris ilindən etibarən elektron qaydada həyata keçirilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır:

"2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR