Məktəblərdə tədris davam edir, dağıntı qeydə alınmayıb - YENİLƏNİB

Məktəblərdə tədris davam edir, dağıntı qeydə alınmayıb - YENİLƏNİB
# 07 dekabr 2023 10:27 (UTC +04:00)

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi zəlzələ ilə bağlı məlumat yayuıb.

Qurumdan APA-ya bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinad edərək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq uşaqlara, şagird və valideynlərə həyəcanlanmamağı və narahat olmamağı tövsiyə edib:

"Hazırda həm Bakı Şəhər Təhsil İdarəsinin, həm də Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədris davam etdirilir".

***

09:51

Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı toplanış məntəqələrində toplanması təmin olunub.

APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.

Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.

Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.

Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR