Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb

Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb
# 10 sentyabr 2024 10:25 (UTC +04:00)

Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 mln. manat) çox olmaqla 4 mlrd. 318 mln. manat vəsait yönəldilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.

Bu ilin 8 ayında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR