2024-cü ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 111,9 mln. manat vəsait ödənilib.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 6,1 mln. manat və ya 5,8% çox vəsait xərclənib.