COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edilib

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edilib
# 13 noyabr 2024 09:48 (UTC +04:00)

2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Bakı Politoloqlar Klubu” İctimai Birliyi
iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən APA-ya verilən xəbərə görə, müzakirələrdə “Davamlı inkişaf və iqlim dəyişmələri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.

“Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov bildirib ki, bu məsələlər qlobal məzmun kəsb edir və beynəlxalq diqqət tələb edir. Ekspert Elşən Əhmədov dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələri ilə əlaqədar təqdimat edib. Konfransda Azərbaycanın dünyadakı çağırışlarla bağlı yanaşmalarına xüsusi toxunulub.

Panelin yekununda iştirakçıların sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR