Deputat: Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır

Deputat: Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır
# 29 noyabr 2023 16:46 (UTC +04:00)

"Hazırda qızılcaya yoluxanların sayının sürətlə artmasının şahidi oluruq. Sual yaranır ki, icbari dispanserizasiya aparılanda peyvəndləmənin nə qədər az olması ilə bağlı statistika aparılıbmı?"

APA xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

"Təbii ki, aparılsaydı, bu gün vaksinasiya olmayan uşaqların da sayı bəlli olardı. Bu gün qızılcaya yoluxmanın artmasının əsas səbəbi əhali arasında vaksinasiyanın aparılmamasıdır. Bütün bunlara baxmayaraq, hər il dispanserizasiya üçün büdcədən kifayət qədər vəsait ayrılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR