Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi saytların səhvlərini açıqlayıb - FOTO

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi saytların səhvlərini açıqlayıb - FOTO
# 04 dekabr 2023 11:02 (UTC +04:00)

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi 52 saytda monitorinq aparıb.

APA xəbər verir ki, nəticələr ümumiləşdirilərək kitab halında nəşr olunub.


Saytlarda qeydə alınmış 4500 dil faktından 3564-ü hesabata daxil edilib. Onlardan 1371-i orfoqrafik, 356-sı leksik, 909-u qrammatik, 928-i isə üslub və ifadə səhvləridir.

Həmçinin qeyd olunub ki, birinci monitorinqə nisbətən irəliləyiş var.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildirib ki, Azərbaycan dilinin normalarına əməl etmək hər kəsin, o cümlədən hər bir jurnalistin borcu və məsuliyyətidir.

"Bəzən hesabatlarımız narazılıqla qarşılansa da, bütün bunlar dilimizin təmizliyinin qorunması üçündür. Monitorinqlərimizin nəticəsi kimi müəyyən irəliləyişlərin şahidi olsaq da, demək olmaz ki, qənaətbəxşdir. 456 səhifəlik hesabatın səhifə sayı ildən-ilə azalması arzumuzdur", - direktor əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR