Əfv sərəncamı 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - FOTO

Əfv sərəncamı 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - FOTO
# 26 may 2024 12:14 (UTC +04:00)

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

APA xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan 3 məhkum azadlığa buraxılıb, 5 məhkumun isə cəzası azaldılıb.

Tədbir Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə keçirilib.

Qeyd edək ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.

Onlardan 63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin də elektron qolbaq cəzası yarıya salınıb.

İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

Bundan başqa azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR