Əli Əsədov: Qəzalı məktəblərin sayı 30% azalıb

Əli Əsədov: Qəzalı məktəblərin sayı 30% azalıb
# 05 dekabr 2023 12:01 (UTC +04:00)

Son 20 il ərzində 3600-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilib.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, nəticədə yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edib: “Son 3 ildə 275 məktəbin tikintisi və ya əsaslı təmiri nəticəsində ölkəmizdə qəzalı məktəblərin sayı 30% azalıb. Onu da qeyd edim ki, bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir. Son 5 ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 50%-ə yaxın artıb. Peşə təhsili sistemində təhsil alanların 89%-i dövlət sifarişi əsasında təhsil alır. Əmək bazarının tələblərinə uyğun 74 yeni peşə təhsili proqramı hazırlanmış, 95 yeni ixtisas əlavə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR