FHN: Bakı şəhəri üzrə seysmik risklər qiymətləndiriləcək

FHN: Bakı şəhəri üzrə seysmik risklər qiymətləndiriləcək
# 07 dekabr 2023 12:55 (UTC +04:00)

Seysmik rayonlaşdırma xəritəsi əsasən Bakı şəhəri və Abşeron yarımadasını əhatə edəcək.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün ölkəmizdə baş vermiş zəlzələ ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu tək mikrorayonlaşdırma yox, eyni zamanda, seysmik riskləri araşdıran bir sənəd olacaq.

"Yəni Bakı şəhərini 7-8 bal zəlzələdə nə gözləyir və s. ssenarilər nəzərə alınaraq, seysmik risklər qiymətləndiriləcək".

O eyni zamanda qeyd edib ki, bu gün zəlzədən sonra dağıntı, binalara xəsarət dəyməsi barədə fakt aşkarlanmayıb.

Aləmdə Nəsib

Çingiz Səfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR