FHN-də “Heydər Əliyev İli" ilə bağlı tədbirlər keçirib

FHN-də “Heydər Əliyev İli" ilə bağlı tədbirlər keçirib
# 04 dekabr 2023 11:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi hissələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, tədbirlərdə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan dahi rəhbər kimi əbədilik qazandığını, ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini bildiriblər. Qeyd olunub ki, bu mütərəqqi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Azərbaycan tarixinin ən qüdrətli zirvəsinə yüksəlib.

Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR