FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO

FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir  - VİDEO
# 06 oktyabr 2024 10:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

© APA | FHN-in təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR