FHN-in psixoloqları prokurorluq əməkdaşları üçün təlim keçirib

FHN-in psixoloqları prokurorluq əməkdaşları üçün təlim keçirib
# 05 dekabr 2023 14:53 (UTC +04:00)

Respublika Baş Prokurorluğunun müraciəti və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda prokurorluq əməkdaşları üçün distant formada birgə təlim keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, təlimə Baş Prokurorluq, Hərbi Prokurorluq, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının, eləcə də digər şəhər və rayon prokurorluqlarının ümumilikdə 135 əməkdaşı distant formatda dinləyici qismində cəlb olunub.

Tədbirdə bir sıra dövlət qurumları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri təlimçi qismində iştirak ediblər.

Təlimdə FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin psixoloqu Sona Məmmədova və Tibb Xidmətinin Tibb mərkəzinin psixoloqu Davud Sultanov “Xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri” mövzusunda və “Vətəndaşların qəbulu zamanı yaranan riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri” mövzusunda çıxış ediblər. FHN əməkdaşları dinləyicilərə fotoslaydların müşayiəti ilə xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri, baş verə biləcək riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri, o cümlədən intihara meylli davranışların qarşısının alınmasına dair faydalı məlumatlar veriblər.

Təlimdə mövzular ətrafında geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR