Fransa Ukraynaya 100 PUA göndərəcək

Fransa Ukraynaya 100 PUA göndərəcək
# 01 mart 2024 02:16 (UTC +04:00)

Fransa Silahlı Qüvvələri hərbi sənayedən 2 min pilotsuz uçuş aparatı sifariş edib.

APA xəbər verir ki, bu barədə hərbi idarənin rəisi Sebastyen Lekornu X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onlardan 100-ü yayda Ukraynaya göndəriləcək.

O qeyd edib ki, bu qurğular Delair şirkətinin istehsaldır.

Paris və Kiyev fevralın 16-da təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb. Bu sənəd çərçivəsində Fransa Ukraynaya 3 milyard avro dəyərində əlavə hərbi yardım etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR