“İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlər 18-23 faizlə ikinci yeri tutur".
APA-nın xəbərinə görə, bunu AMEA-nın Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edən Biofizika institutunun direktoru Oktay Qasımov deyib.
O bildirib ki, dünya əhalisinin 10 faizi yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkir: " Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır".