II Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşadakı DOST filialında olublar

II Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşadakı DOST filialında olublar
# 22 iyul 2024 16:02 (UTC +04:00)

Şuşada keçirilən 2-ci Qlobal Media Forumunun iştirakçıları yeni istifadəyə verilən Dövlət Xidmətləri Mərkəzində DOST filialı ilə tanış olublar.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forum iştirakçılarına DOST konsepsiyası haqqında məlumat verilib. Qeyd olunub ki, DOST mərkəzləri Azərbaycan əhalisinin dayanıqlı və operativ sosial təminat xidmətləri ilə təmin olunması məqsədilə yaradılıb. DOST təcrübəsinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü, həmçinin bir sıra ölkələrin DOST modelinin tətbiqinə maraq göstərdikləri diqqətə çatdırılıb.

Qeyd edək ki, bu ilin 5 iyul tarixində Prezident İlham Əliyevin iştirakı ilə Şuşada Dövlət Xidmətləri Mərkəzinin açılışı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR