Komitə sədri: İnsan alverinə qarşı mübarizə insan hüquqlarının müdafiəsi sahəsində əsas istiqamətlərdən biridir

Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

© APA | Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

# 13 may 2025 10:48 (UTC +04:00)

“2005-ci ildə qəbul edilən “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda istismarın bir neçə forması müəyyənləşdirilib: məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi...”

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın (2024-cü il) müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Zahid Oruc qeyd edib ki, insan alverinə qarşı mübarizə ölkədə insan hüquqlarının müdafiəsi və təşviqi, eləcə də mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əsas istiqamətlərdən biridir.

Azərbaycanın son oniulliklərdə insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri olduğunu vurğulayan komitə sədri bildirib ki, Ulu öndər Heydər Əliyev DİN-nin fəaliyyətinə həmişə xüsusi diqqət və qayğı göstərib, hələ sovet illərində, daha sonra Naxçıvanda və ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra peşəkar kadrların yetişdirilməsi və hüquqi-mühafizə orqanlarının dövlət idarəçiliyi sistemində nüfuzlu instituta çevrilməsində misilsiz tədbirlər həyata keçirib.

Prezident İlham Əliyevin Ulu öndərin polisə etibar kursunu davam etdirdiyini deyən Zahid Oruc polisin təkcə daxildə qanunçuluğun keşiyində və cinayətkarlıqla mübarizədə deyil, həm də silahlı ordumuzla çiyin-çiyinə səngərdə dayandığını diqqətə çatdırıb: “İkinci Qarabağ müharibəsində 66 polisin qəhrəmanlıqla şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfərə yüksək mükafatların, 4 nəfərə isə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi həmin şərəfli döyüş yolunun parlaq ifadəsidir”.

Komitə sədri onu da əlavə edib ki, şəhid polislərin xidmətlərini təbliğ və təqdim etməyə deyil, ləkələməyə və gözdən salmağa çalışan, dövlət-polis-cəmiyyət arasında nifaq-qarşıdırma mühiti yaradaraq, ölkəni yenidən 90-cı illərin silahlı və quldur dəstələrinin meydanına çevirməyə cəhd göstərən bir ovuc xarici terror mediası, onların siyasi sifarişçiləri üçün Azərbaycanın Ermənistan üzərində Qələbəsi əsil faciəyə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR