Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi tədricən azalıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi tədricən azalıb
# 28 may 2024 18:16 (UTC +04:00)

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov APA-ya bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR