Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB

Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO  - YENİLƏNİB
# 17 may 2024 20:07 (UTC +04:00)

Lerikdə uçqun zamanı bağlı yolu açmaq mümkün olmayıb.

Bu barədə APA-nın cənub bürosuna Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.

Komissiya sədrinin sözlərinə görə, rayonun Çayrud kəndində dağ uçqunu zamanı iri qaya parçaları yola dağılıb və kənd yolunu bağlayıb.

Əraziyə ağır texnikalar cəlb olunsa da, texnikaların qaya parçalarını yoldan təmizləməyə gücü çatmayıb.

Aidiyyəti orqanlara məlumat verilib. Qaya parçalarını yoldan təmizləmək üçün əraziyə xüsusi ağır texnikaların gətirilməsi üçün müraciət olunub.

Qeyd edək ki, bu gün Lerik rayonunun Çayrud kəndi ərazisində baş verən dağ uçqunu nəticəsində Çayrud kəndinin yolu bağlanıb.


***
17:26

Lerikdə dağ uçqunu olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lerik rayonunun mərkəzindən 18 km uzaqda yerləşən Çayrud kəndində dağ uçqunu olub.

Dağdan düşən iri qaya parçası yolu bağlayıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, baş verən uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR