Məhkəmə-Hüquq Şurasına “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik hüququ verilib

Məhkəmə-Hüquq Şurasına “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik hüququ verilib
# 20 may 2024 17:06 (UTC +04:00)

“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik dəyişəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürüləcək.

Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqlarının Məhkəmə-Hüquq Şurasına ötürülməsi tam başa çatanadək həmin informasiya sisteminin sahibi və operatoru funksiyalarının icrasından irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR