"Magistratura imtahanlarında xarici dil üzrə danışıq suallarının salınması üçün hazırlıq prosesi bir il çəkəcək".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlaması zamanı APA-nın sualına cavab olaraq deyib.
O bildirib ki, bu prosesə başlamaq üçün texniki imkanların təmin edilməsi həyata keçiriləcək: "Daha kütləvi imtahanlarda isə məsələn, buraya buraxılış və qəbul imtahanları aiddir, bu zaman biz daha mürəkkəb hazırlıq dövrü keçməliyik. Hələ ki məktəblərdə hazırlıq səviyyəsi, kompüterlərin mövcudluğu, eyni zamanda bu prosesin hüquqi müstəvidə öz əksini tapması ən azı bir il çəkəcək".
O əlavə edib ki, bu səbəblərə görə hazırda, ilkin olaraq magistratura imtahanlarında xarici dil üzrə danışıq bloku sualları salınacaq.