MM komitə sədri: Bir mənzilin 2 və daha çox şəxsə satılması problemi qalmaqdadır

MM komitə sədri: Bir mənzilin 2 və daha çox şəxsə satılması problemi qalmaqdadır
# 29 fevral 2024 11:31 (UTC +04:00)

Bir mənzilin 2 və daha çox şəxsə satılması problemi qalmaqdadır. 5250 nəfər bir mənzilin 2-3 nəfərə satılmasının qurbanlarıdır. Ailə tərkibi 4 nəfər götürülsə, bu, 20 minə qədər insanın ziyan çəkməsi deməkdir.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, tikintinin təməli qoyulanda reyestrləşdirilməli idi: “Bu, nə üçün edilmir? Kimə sərf etmir? 20 tikinti şirkətinin rəhbər şəxsləri həbs edilib. Avropa Məhkəməsinə gedən müraciətlərin 90 %-i məhz mülkiyyət məsələləri ilə bağlıdır. Bu, bizi düşünməyə vadar edir”.

Komitə sədri pilot layihələrlə bağlı məsələni də qaldırıb: “Biz MDB məkanında mənzillərin adambaşına düşən göstəricisinə görə geri qalırıq. Bu, rəsmiləşmə probleminə görə belədir. Bizdə evlərin sənədləşdirilməsində problem var. Bunu kütləviləşdirən həyata keçirilən pilot layihələrdir. Tikinti şirkətlərinin borcu vətəndaşı razı salmaqdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı da mövqe ortaya qoyulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR