Müxtəlif kateqoriyadan olanların Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün imtahan keçiriləcək

Müxtəlif kateqoriyadan olanların Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün imtahan keçiriləcək
# 05 mart 2024 12:48 (UTC +04:00)

Müxtəlif sosial kateqoriyalardan olan insanların Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün pilot imtahanlar təşkil olunacaq.

APA xəbər verir ki, bunu “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelinin təqdimatı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu imtahan onlayn platforma üzerindən müəyyən müddət ödənişsiz keçiriləcək:

“Bu imtahanlar anonim olacaq, lakin imtahan verənlərin hansı peşə sahibi, hansı sosial kateqoriyadan olduqları yalnız bizə məlum olacaq. Bizə hər sosial təbəqədən ən azı 500 nəfərin imtahanda iştirak etməsi lazımdır. Bilmək istəyirik ki, müəllim, satıcı, sürücü, həkim və s. Azərbaycan dilini hansı səviyyədə bilir, digər peşə sahibləri bu imtahanı necə verirlər. Bununla bizdə etalon formalaşacaq. Eyni zamanda, bu imtahanlarda yaş kateqoriyaları üzrə də statistika aparılacaq. Məsələn, yeniyetmələr və yaşlı insanlar bu imtahanda necə nəticə toplayacaq, bu bizə maraqlıdır".

O əlavə edib ki, bu araşdırmalar bir neçə qurum tərəfindən aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR