Bu il Naxçıvan Muxtar Respublikasında birinci sinfə 3797 uşaq, məktəbə hazırlığa isə 3171 uşaq elektron qaydada qəbul olunub.
Bu barədə APA-ya Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 2024-2025-ci tədris ilində muxtar respublikada orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq.
Cari tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.