Naxçıvanda magistral su xəttində qəza olub

Naxçıvanda magistral su xəttində qəza olub
# 12 aprel 2024 15:26 (UTC +04:00)

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, qəza Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir. Borunun partlaması nəticəsində 2-ci və 3-cü mikrarayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işlərinə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR