Naxçıvanın su təminatında problem yaranıb

Naxçıvanın su təminatında problem yaranıb
# 01 mart 2024 22:18 (UTC +04:00)

Naxçıvan şəhərinin 21-ci məhəlləsini su ilə təmin edən xətdə qəza baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb. Qəzaya səbəb əvvəlki illərdə istismara verilən boru xəttində qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Boru xəttinin partlaması nəticəsində Naxçıvan şəhərindəki 21, 36 və yaxınlıqdakı məhəllələrə içməli suyun verilişi müvəqqəti dayandırılıb.

Naxçıvan su və kanalizasiya idarəsinin əməkdaşları ərazidə təmir-bərpa işlərinə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR