Emin Əmrullayev Bakı Dövlət Universitetində aşkarlanan nöqsanlardan danışıb

Emin Əmrullayev Bakı Dövlət Universitetində aşkarlanan nöqsanlardan danışıb
# 10 sentyabr 2024 11:20 (UTC +04:00)

Hesablama Palatasının Bakı Dövlət Universitetində (BDU) aşkarladığı nöqsanlarla bağlı bir neçə izahat alınıb.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır:

“Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR