Nazir müavini ailə dəyərləri ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını tövsiyə edib

Nazir müavini ailə dəyərləri ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını tövsiyə edib
# 29 noyabr 2023 15:52 (UTC +04:00)

Ailə dəyərləri ilə bağlı qanunvericiliyə dəyişiklik olunması tövsiyə edilib.

APA xəbər verir ki, belə bir təşəbbüslə elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

O bildirib ki, qanunvericilikdə yaşlı nəslə hörmət, ailənin şərəfi, analıq və uşaqlıq, çoxlu uşaq sahibi olmaq kimi dəyərlər qeyd edilməlidir.

"Bu siyahını daha da uzatmaq olar. Bu gün qanunvericilikdə ənənəvi ailə dəyərlərinin açılmasına geniş ehtiyac var" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR