Neftçala rayonunun Aşağı Surra kənd orta məktəbinin şagirdi qızılca səbəbindən vəfat edib.
Bu barədə APA-ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
***
17.49
Neftçalada 10 yaşlı uşaq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Aşağı Surra kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda keçinib.
Onun bir həftə əvvəl qızılcaya yoluxduğu və ev şəraitində müalicə aldığı qeyd edilir. Uşağa əvvəllər qızılca əleyhinə peyvəndin vurulmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Neftçala rayonunda azyaşlının həkiməqədər ölümü qeydə alınıb.
"2013-cü il təvəllüdlü (cinsi qadın olan) vətəndaş 05.12.2023-cü il tarixində saat 12:50 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə şəxsi avtomobil vasitəsilə gətirilib. Vətəndaşda həkiməqədər ölüm qeydə alınıb.", - məlumatda deyilir.
Aləmdə Nəsib
Əlibəy Zeynallı