Nəsimi rayonunda baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

Nəsimi rayonunda baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək
# 17 iyul 2024 10:47 (UTC +04:00)

Nəsimi rayonu ərazisində ictimai iaşə obyektində baxımsız vəziyyətdə aşkar edilmiş körpə polis müşayiəti ilə nümayəndəmiz tərəfindən müvafiq tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, o, müalicə prosesinin ardınca aidiyyatı üzrə körpələr evinə yerləşdiriləcək.

Xatırladaq ki, iyulun 15-də Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR