Onkoloji xidmətin İTS üzrə xidmətlər zərfinə gecikmədən daxil edilməsi təklif olunur

Onkoloji xidmətin İTS üzrə xidmətlər zərfinə gecikmədən daxil edilməsi təklif olunur
# 05 mart 2024 17:42 (UTC +04:00)

Onkoloji xidmətin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə gecikmədən daxil edilməsi təklif olunur.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 avqust tarixli 263 nömrəli ilə Qərarı ilə "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə edilmiş dəyişikliklər nəticəsində 775 sayda yeni tibbi xidmət əlavə edilib:

"Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir, xidmətin göstərilməsi imkanlanı maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir və tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR