Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
# 20 sentyabr 2024 10:41 (UTC +04:00)

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 20 – 23 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından “məqbul” alan abituriyentlər buraxılırlar.

İxtisas seçimi 23 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal/).

Müsabiqəyə yalnız 2024-cü il sentyabrın 20-dən 23-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR