Qəbələnin sel təhlükəli kəndlərində tədbirlər keçirilib

Qəbələnin sel təhlükəli kəndlərində tədbirlər keçirilib
# 17 sentyabr 2024 11:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun Mıxlıqovanq, Solquca və Cığatelli kəndlərində “Sel və daşqınlarla əlaqədar zəruri davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qəbələ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, kənd inzbati ərazi dairəsi üzrə nümayəndələr və kənd sakinləri iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd xüsusilə intensiv yağıntılarla əlaqədar çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Yerli sakinlər, o cümlədən ictimai iaşə obyektlərinin əməkdaşları ilə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər mütəmadi olaraq keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR