Rusiyalı blogerin paylaşımı erməniləri qəzəbləndirib - VİDEO

Rusiyalı blogerin paylaşımı erməniləri qəzəbləndirib - VİDEO
# 02 mart 2024 16:20 (UTC +04:00)

Rusiyalı bloger Aleksey İvanovun (@aleksey_mercedes) Azərbaycanda fəaliyyət göstərən avtomobil satışı şirkəti haqqında paylaşımı erməni izləyiciləri tərəfindən narazılıqla qarşılanıb.

APA xəbər verir ki, buna blogerin “Carpax” şirkəti haqqında hazırladığı videoda dolmanın Azərbaycan xörəyi olduğunu vurğulaması səbəb olub. Erməni izləyicilər paylaşıma müxtəlif şərhlər yazaraq, blogeri tənqid ediblər. Lakin azərbaycanlı sosial şəbəkə istifadəçiləri də mövzuya laqeyd qalmayıb və blogerin haqlı olduğunu bildiriblər.
Daha əvvəllər avtomobil satışı ilə məşğul olan Aleksey İvanov hazırda MDB məkanında ən çox izləyicisi olan blogerlərdən biridir. Onun müxtəlif avtomobillər və şirkətlər haqqında paylaşımlarını onminlərlə avtomobil həvəskarı izləyir.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Carpax” şirkəti Almaniyadan Azərbaycana avtomobil sifarişini həyata keçirir. Şirkətin Avropa İttifaqı ölkələrində rəsmi dilerlərlə güclü tərəfdaşlıq əlaqələri və avtomobil anbarlarına çıxış imkanları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR