Sabahdan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

Sabahdan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq
# 03 mart 2024 16:13 (UTC +04:00)

Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR