Sahil Babayev: "Son 3 ildə sosial ödənişlər 65 faiz artıb"

Sahil Babayev

© APA | Sahil Babayev

# 27 yanvar 2022 11:41 (UTC +04:00)

“Son 3 ildə sosial ödənişlər 65 faiz artıb”.

APA-nın məlumatına görə, bunu korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, 700 mindən artıq pensiyaçının bugünkü pensiyasını almaq üçün əlavəni dövlət ödəyir: "Ancaq sosial sığorta əsasında pensiya ödənilsə, həmin şəxslər indikindən 2 dəfə aşağı olardı. Amma dövlət öz məsuliyyətini ortaya qoyur, bunun üçün illik 2 milyarddan artıq vəsait ödəyir".

Nazir qeyd edib ki, hazırda əmək bildirişlərinin 3 faizi əlilliyi olan şəxslərə aiddir: "Amma bu da kifayət deyil, qanunvericiliyin minimal tələbi 5 faizdir. Bu il buna çatmalıyıq, bu isə 30 mindən artıq şəxsin işə qəbul edilməsidir. Qarşımızda böyük çağırış var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR